az| en
Baş səhifə
Saytın xəritəsi
Əlaqə
 
   Nazirlik
   Qanunvericilik
   Nəqliyyat
   Nəqliyyat siyasəti
   Nəqliyyat dəhlizləri
   Beynəlxalq əməkdaşlıq
   Lisenziyalaşdırma
   Məlumat bazası
   İctimaiyyətlə əlaqə
   Saytın xəritəsi
 
Regionlarda 2 körpü istifadəyə verildi
28.12.2009

   

 

Tovuzda inşa edilən Qafqazın ən hündür körpüsünün, eləcə də Zaqatalada tikilən və MDB-də analoqu olmayan  körpünün açılış  mərasimində Nəqliyyat Naziri cənab Ziya Məmmədov da iştirak edib.

Dekabrın 26-da Tovuzda Qafqazın ən hündür körpüsünün açılış mərasimi keçirilib. Mərasimdə Nəqliyyat naziri cənab Ziya Məmmədov iştirak edib. Körpü  nəqliyyatın Tovuz şəhərinin mərkəzinə girmədən dairəvi yola çıxmasına imkan yaradır. Hündürlüyü 35 metr, uzunluğu 278 metr, eni 14 metr olan körpü rayon sakinlərinin təhlükəsizliyini təmin etmək, nəqliyyat vasitələrinin hərəkətini asanlaşdırmaq məqsədilə Tovuzun mərkəzindən kənarda salınan yeni dairəvi yolun üzərində inşa edilib. Bu yol birbaşa "Qırmızı körpü"yə gedən "İpək yolu"na birləşir.
Qeyd edək ki, yeni körpü orta aşırımları 63, kənar aşırımları 4,5 metr olmaqla 5 aşırımlıdır. Tovuz çayının üzərində salınan körpüdə tikilinin sel sularından və digər fəsadlardan qorunması üçün əlavə tədbirlər də görülüb. Körpü işıqlandırma sistemi ilə tam təchiz olunub.

                                                                 ***

Zaqatalada asma körpü istifadəyə verilib. MDB məkanında analoqu olmayan bu layihənin inşasına 2007-ci ildə başlanılıb. Asma körpü rayonunun ən böyük çayı olan Tala çayı üzərində inşa edilib. Körpünün açılışında nəqliyyat naziri cənab Ziya Məmmədov çıxış edərək görülən işləri ölkə rəhbərliyinin uğurlu iqtisadi siyasətinin tərkib hissəsi kimi qiymətləndirib.
Qeyd edək ki, körpünün uzunluğu 172 metr, eni 11 metr, hündürlüyü 26 metrdir. Mütəxəssislərin bildiridyinə görə, körpünün inşasında 4000 kubmetr betondan istifadə olunub. Körpünün metal konstruksiyalarının kütləsi isə 600 tona qədərdir.

 

 
Nəqliyyat-Yol kompleksi
Avtomobil Nəqliyyatı
Dəmir Yolu Nəqliyyatı
Su Nəqliyyatı
Mülkü Hava Nəqliyyatı
Avtomobil Yolları
© 2006 Nəqliyyat Nazirliyi
Texniki dəstək və inkişaf Informatika və Məlumat sektoru tərəfindən həyata keçirilir
MEQA şirkətinin istehsalı