az| en
Baş səhifə
Saytın xəritəsi
Əlaqə
 
   Nazirlik
   Qanunvericilik
   Nəqliyyat
   Nəqliyyat siyasəti
   Nəqliyyat dəhlizləri
   Beynəlxalq əməkdaşlıq
   Lisenziyalaşdırma
   Məlumat bazası
   İctimaiyyətlə əlaqə
   Saytın xəritəsi
 
Nəqliyyat Nazirliyində anım mərasimi keçirilib
19.01.2010

20 yanvar faciəsinin 20-ci ildönümü münasibətilə keçirilən iclasda şəhidlərin xatirəsi yad edilib.
Vətənimizin azadlığı uğrunda şəhid olan Azərbaycan övladlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra Nəqliyyat Nazirinin müavini cənab Musa Pənahov Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş hadisədən danışdı və 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərini və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığını xatırlatdı.  Nəqliyyat Nazirliyi Aparatının Rəhbəri Cavid Nəcəfov öz çıxışında qeyd etdi ki, böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi, məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. C. Nəcəfov hadisələrin xronologiyası və mahiyyətini dəqiq arqumentlər və faktlar əsasında tədbir iştirakçılarının nəzərinə çatdırdı və bu hadisələrdən düzgün nəticə çıxarmağın vacib olduğunu vurğuladı. Katibliyin baş məsləhətçisi Məcid İmaməliyev isə şahidi olduğu hadisələri xatırlatdı. Qeyd etdi ki, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd övladlar canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi hər il ümumxalq hüzn və qürur günü kimi qeyd edilir.

 
Nəqliyyat-Yol kompleksi
Avtomobil Nəqliyyatı
Dəmir Yolu Nəqliyyatı
Su Nəqliyyatı
Mülkü Hava Nəqliyyatı
Avtomobil Yolları
© 2006 Nəqliyyat Nazirliyi
Texniki dəstək və inkişaf Informatika və Məlumat sektoru tərəfindən həyata keçirilir
MEQA şirkətinin istehsalı