az| en
Baş səhifə
Saytın xəritəsi
Əlaqə
 
   Nazirlik
   Qanunvericilik
   Nəqliyyat
   Nəqliyyat siyasəti
   Nəqliyyat dəhlizləri
   Beynəlxalq əməkdaşlıq
   Lisenziyalaşdırma
   Məlumat bazası
   İctimaiyyətlə əlaqə
   Saytın xəritəsi
 
Muğanlı(Şamaxı)-İsmayıllı yolundakı sürüşmə ilə bağlı təcili tədbirlər görülür
11.02.2010

Nəqliyyat Nazirliyi sürücülərdən alternativ yollar seçməyi xahiş edir.

Ötən gün axşam saatlarında Muğanlı (Şamaxı)- İsmayıllı magistral yolunun 2-ci kilometrində sürüşmə baş verib. Hadisə  nəticəsində yolun 12 metr enində, təxminən, 500 metrlik hissəsi tamamilə dağılıb, ərazidə 1-3 metr dərinlikdə yarğanlar əmələ gəldiyindən nəqliyyatın hərəkəti tam dayandırılıb.

Hadisə baş verəndən dərhal sonra Nəqliyyat naziri cənab Ziya Məmmədov sürüşmə zonasına baş çəkib və müvafiq tapşırıqlarını verib. Nazirliyin müvafiq qurumlarının əməkdaşları, həmçinin Fövqəladə Hallar Nazirliyi Şimal-Qərb Regional mərkəzinin xilasediciləri, Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsinin təmsilçiləri də ərazidə olublar.

Qeyd edək ki, həmin yol ölkənin paytaxtını Şimal-Qərb regionu ilə birləşdirən əsas yoldur. Burada nəqliyyatın hərəkətini tezliklə bərpa etmək məqsədilə Bakıdan da texnika cəlb olunub. Hazırda sürüşmə zonasında alternativ yolun çəkilişi istiqamətində işlər davam etdirilir. Xatırladaq ki, hadisənin baş verdiyi ərazi daimi sürüşmə zonasına aiddir və belə hallar payız-qış aylarında, yağıntılarla əlaqədar olaraq mütəmadi baş verir.

Hadisə nəticəsində avtomobillərə ziyan dəyməyib, xəsarət alan yoxdur. Nəqliyyat Nazirliyi bu istiqamətdə hərəkət edən avtonəqliyyat vasitələri sürücülərindən xahiş edir ki, alternativ yol istifadəyə verilənə qədər hərəkətlərini digər istiqamətlərdə davam etdirsinlər.

 
Nəqliyyat-Yol kompleksi
Avtomobil Nəqliyyatı
Dəmir Yolu Nəqliyyatı
Su Nəqliyyatı
Mülkü Hava Nəqliyyatı
Avtomobil Yolları
© 2006 Nəqliyyat Nazirliyi
Texniki dəstək və inkişaf Informatika və Məlumat sektoru tərəfindən həyata keçirilir
MEQA şirkətinin istehsalı