
Nüfuzlu “Valeurs Actuelles” jurnalı Azərbaycan iqtisadiyyatı haqqında hesabat hazırlayır.
Nəqliyyat naziri cənab Ziya Məmmədov Fransanın nüfuzlu “Valeurs Actuelles” jurnalının redaktoru İsmael Kogui N’Douronu və jurnalın layihə koordinatoru Sandra Hamouru qəbul edib. Fransanın və Avropanın işgüzar dairələri arasında böyük nüfuza malik olan “Valeurs Actuelles” dərgisində Azərbaycan iqtisadiyyatı haqqında yüksək səviyyəli hesabat hazırlanır. Jurnalın əməkdaşları bu məqsədlə iqtisadi bloka aid olan müvafiq nazirliklərin rəhbərlərindən, o cümlədən Nəqliyyat nazirindən müsahibə almağı qərara alıblar. Nəqliyyat naziri cənab Z. Məmmədov müsahibəsində nəqliyyat-yol kompleksinə daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib, son dövrlər nəqliyyat sektorunda görülmüş işlərdən, əldə edilən uğurlardan, həyata keçirilən iri regional və beynəlxalq layihələrdən danışıb, jurnalistləri maraqlandıran sualları cavablandırıb. Qeyd edək ki, “Valeurs Actulles” jurnalında respublikamıza dair hesabatın dərc edilməsinin Azərbaycan Respublikası ilə Fransa arasında iqtisadi əməkdaşlığın inkişafı, bu əlaqələrin intensivləşdirilməsinin respublikamızın siyasi və iqtisadi maraqları baxımından əhəmiyyəti böyükdür və bütün bunlar Fransa Prezidenti Cənab Nikola Sarkozinin cari ilin sonunadək Azərbaycana planlaşdırılan səfəri ərəfəsində həyata keçirilir.
|