az| en
Baş səhifə
Saytın xəritəsi
Əlaqə
 
   Nazirlik
   Qanunvericilik
   Nəqliyyat
   Nəqliyyat siyasəti
   Nəqliyyat dəhlizləri
   Beynəlxalq əməkdaşlıq
   Lisenziyalaşdırma
   Məlumat bazası
   İctimaiyyətlə əlaqə
   Saytın xəritəsi
 
Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı layihəsi ilə bağlı hesabat dinlənilib
23.07.2010

Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı layihəsində Ətraf Mühitə və Sosial-İqtisadi Sahələrə Təsirlərin Qiymətləndirilməsi üzrə müzakirələr aparılıb.
 
23 iyul 2010-cu il tarixdə Nəqliyyat Nazirliyində Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı layihəsində Ətraf Mühitə və Sosial-İqtisadi Sahələrə Təsirlərin Qiymətləndirilməsi üzrə hesabat dinlənilib. Nəqliyyat Nazirliyindən başqa Dövlət Neft Şirkətinin, Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin nümayəndələrinin də qatıldığı tədbirdə qarşılıqlı müzakirələr aparılıb.
Hesabatda Yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı (BBDTL) layihəsi üzrə Ətraf Mühitə və Sosial-İqtisadi Sahələrə Təsirlərin Qiymətləndirilməsi (ƏMSİSTQ) məsələləri öz əksini tapıb. Məlumat üçün deyək ki, potensial mənfi təsirlərin aradan qaldırılması üzrə qiymətləndirilmələr artıq aparılıb. Bu təsirlərin yumşaldılması tədbirləri Ətraf Mühit üzrə İdarəetmə Planı (ƏMİP) və Ətraf Mühitin Monitorinqi Planında (ƏMMP) təqdim olunub. 
Görülən tədbirlər, həmçinin, layihə sahəsində aparılmış çöl ölçmə, monitorinq və laboratoriya tədqiqatlarının nəticələri, mövcud standartlar, qaydalar, qanun və Konvensiyaların müddəaları, eləcə də layihə ərazi üzrə əvvəlki dövrlərə aid elmi ədəbiyyat və hesabat materiallarından istifadə etməklə aparılıb.
Xatırladaq ki, liman 3 mərhələdə inşa ediləcək, Baş Limanının I mərhələsi çərçivəsində
 (I)    2 ədəd körpü (aşırımın hər bir tərəfində 1 ədəd)-50 m;
 (II)   4 ədəd quru yük körpüsü, o cümlədən konteyner körpüsü-650 m;
 (III)  1 ədəd Ro-Ro körpüsü-300 m;
 (IY)  1 ədəd xidməti körpü-300 m.
tikilməsi nəzərdə tutulub.  
Rels çeşidləmə    stansiyası-10 paralel dəmiryolu relsi ilə birlikdə uzunluğu 800 m olmaqla, layihə ərazisinin cənub-qərb hissəsində yerləşəcəkdir. I Mərhələ üçün 2 zolaqlı limana giriş yolunun tikintisi, limanda yük dövriyyəsinin artmasına uyğunlaşmaq məqsədilə II və III Mərhələlərdə yolun 3 və ya hətta 4 zolağadək genişləndirilməsi variantı təklif olunur.

 
Nəqliyyat-Yol kompleksi
Avtomobil Nəqliyyatı
Dəmir Yolu Nəqliyyatı
Su Nəqliyyatı
Mülkü Hava Nəqliyyatı
Avtomobil Yolları
© 2006 Nəqliyyat Nazirliyi
Texniki dəstək və inkişaf Informatika və Məlumat sektoru tərəfindən həyata keçirilir
MEQA şirkətinin istehsalı