az| en
Baş səhifə
Saytın xəritəsi
Əlaqə
 
   Nazirlik
   Qanunvericilik
   Nəqliyyat
   Nəqliyyat siyasəti
   Nəqliyyat dəhlizləri
   Beynəlxalq əməkdaşlıq
   Lisenziyalaşdırma
   Məlumat bazası
   İctimaiyyətlə əlaqə
   Saytın xəritəsi
 
Nəqliyyat Nazirliyinin nümayəndəsi Koreyada səfərdə olub
29.07.2010

Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov “Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sistemi” layihəsində tətbiq ediləcək avadanlıqlara edilmiş düzəlişlərin ekspertizası məqsədi ilə Koreya Respublikasının Seul şəhərində ezamiyyətdə olub.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 oktyabr tarixli 2469 saylı Sərəncamına əsasən həyata keçirilən Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sistemində daha müasir və sərfəli texnologiyaların tətbiqi məqsədi ilə Layihənin rəhbəri S.Məmmədov avadanlıqların daha müasirləşdirilməsi, elektron sxemlərinə və proqram təminatlarına dəyişikliklər edilməsi üçün bir sıra təkliflər vermiş, Koreya Respublikasının şirkətləri tərəfindən avadanlıqların nümunəvi variantları dəyişikliklər nəzərə alınmaqla istehsal edilmişdi. Səfər zamanı Nəqliyyat Nazirliyinin nümayəndəsi avadanlıqların qiymətləndirilməsi məqsədi ilə onları istehsal edən müəssisələrdə nəqliyyat vasitələrində video aşkarlayıcı avadanlıqları istehsal edən “Cube”, svetofor kontrollerlərini istehsal edən “Kyung-Bong”, avtobus informasiya terminalları və avtobuslara quraşdırılan peyk avadanlıqlarını istehsal edən “Y&H”, qanunsuz parklamaları idarə edən avadanlığı istehsal edən “Hanil STM”, şəhərin giriş, çıxış və prospektlərində quraşdırılacaq məlumat monitor sistemlərini istehsal edən “Hanil Display” şirkətlərində olub.

Qeyd edək ki, bütün avadanlıqların istehsalı başa çatmaq üzrədir və cari ilin avqust ayının 15-dən sonra Azərbaycana göndərilməsi və bu avadanlıqların Bakı şəhərində quraşdırılmasına başlanılması nəzərdə tutulub.

Beynəlxalq ekspertlərin fikrincə, aparılmış dəyişikliklərdən sonra Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sistemi dünyada ən müasir sistem olacaqdır.
 
Nəqliyyat-Yol kompleksi
Avtomobil Nəqliyyatı
Dəmir Yolu Nəqliyyatı
Su Nəqliyyatı
Mülkü Hava Nəqliyyatı
Avtomobil Yolları
© 2006 Nəqliyyat Nazirliyi
Texniki dəstək və inkişaf Informatika və Məlumat sektoru tərəfindən həyata keçirilir
MEQA şirkətinin istehsalı